Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnsanlar üçün mexaniki quyruq yaradılıb


Yaponiyanın Keyo Universitetinin tələbələri insanlara onurğalı heyvanların eyni hislərini keçirməyə imkan verəcək "Arque" adlı mexaniki quyruq yaradıblar. Qurğunun konseptinin iyulun 28-də Los-Ancelesdə keçiriləcək "SIGGRAPH 2019" beynəlxalq kompüter qrafikası, animasiya və interaktiv texnologiyalar sərgisində təqdim ediləcəyi gözlənilir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Vesti www.vesti.ru" resursuna istinadən yazır ki, "Arque" bədənin balansını avtomatik dəyişən uzunluğu və çəkisi tənzimlənən belə bağlanan quyruqdur. Konstruksiyanın daxilində səkkiz istiqamətdə güc göstərmək iqtidarında olmaqla insana sabit mövqeyini qoruyub saxlamağa kömək edən dörd pnevmatik "əzələ" quraşdırılıb.
 
"Arque" müxtəlif yerlərdə tətbiq edilə bilər: onu reabilitasiya məqsədləri, yaşlı insanlara hərəkət etməkdə və ya anbar işçilərinə ağır əşyaların yerinin dəyişdirilməsində kömək üçün istifadə etmək olar. Bundan başqa, mexaniki quyruq videooyunlarda (məsələn, istifadəçi qarşısında ayaq üstə qalmaq vəzifəsi qoyulanda) tətbiq ediləcək.
 
Nizam Nuriyev








26/07/19    Çap et