Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HP”-dən qeyri-adi “mouse”


“HP” şirkəti 6 düymə ilə təchiz edilmiş X7000 simsiz “siçan”ın satışlarına başlayıb. Düymələrdən biri “Facebook” şəbəkəsinə daxil olmaq üçündür. Kompyuterlə əlaqə “Wi-Fi” vasitəsilə qurulur.

“HP X7000” kompyuterdən 9 metr məsafədə də işlək vəziyyətdə qalır. Klassik diyircək əvəzinə sensor interfeys istifadə olunub. İstehsalçı iddia edib ki, batareyalar qurğuya təxminən 9 ay müddəti üçün kifayətdir. Qurğu ABŞ-da 60 dollar qiymətinə satılır.




17/11/11    Çap et