Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İsveçdə 3 yaşlı uşaqlar belə İnternetdən istifadə edir


Bu yaxınlarda keçirilmiş tədqiqat nəticəsində məlum olub ki, İsveçin 88% sakini internetə daxil olur; təxminən 85% isveçli internetə genişzolaqlı kanal üzrə qoşulub.

Əgər 2000-ci ildə İsveçdə uşaqların yarısı şəbəkəyə 13 yaşından daxil olurdularsa, 2004-cü ildə yaş həddi 9-a, 2008-ci ildə isə 5-ə düşüb. Hal-hazırda isə 3 (!) yaşında olan İsveç körpələrinin yarısı artıq internetdən istifadə edir.

Bütövlükdə, internetə hər gün 81% İsveç internet-istifadəçisi qoşulur; onların 62%-i sosial veb-resurslarla işləyirlər. Tədqiqat nəticələri 16 yaşdan yuxarı 2500-dən çox insan arasında keçirilmiş sorğuya əsaslanır.




17/11/11    Çap et