Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple MacBook” noutbukları “5G” şəbəkəsini dəstəkləyəcək


Növbəti nəsil “Apple” noutbukları yüksəksürətli beşinci nəsil mobil rabitə şəbəkəsinə (5G) qoşulacaq. Mobil rabitə modulu ilə təchiz edilən “MacBook” noutbuklarının buraxılışı 2020-ci ilin ikinci yarısına planlaşdırılır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, “Apple” şirkətinin yeni qurğulara keramik antena quraşdıracağı gözlənilir ki, bu da siqnalın qəbulunda keyfiyyəti yaxşılaşdırmağa imkan verəcək. Bu materialdan hazırlanan plata “5G” şəbəkələrində məlumatların ötürülmə sürətini iki dəfə artırmağa şərait yaradacaq. Bundan başqa, keramik komponent metaldan 6 dəfə bahadır. Bu isə noutbukun qiymətinə, heç şübhəsiz, təsir göstərəcək.

 

Payızda “Apple” şirkətinin 16 düym diaqonallı noutbuk təqdim edəcəyi ehtimal olunur. Hazırkı 15 düymlük modellə müqayisədə yeni “MacBook”un qapağının ölçüsü dəyişməz qalsa da, panelin diaqonalı çərçivələrin kiçildilməsi sayəsində 16 düymədək böyüdüləcək.

 

Nizam Nuriyev






05/08/19    Çap et