Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məşhur alqı-satqı saytı uşaqları hərraca çıxartdı


Almaniya polisi “eBay” hərracında iki körpənin övladlığa götürülməsi üçün elan verilməsi ilə bağlı məsələni araşdırır. "Lot" müəllifi bildirib ki, oğlan və qıza qayğı göstərə biləcək yaxşı bir ailə axtarır.

Elan “eBay”-da təxminən 45 dəqiqə müddətində qalıb, çoxsaylı şikayətlərdən sonra elan silinib. Polis bu hadisə ilə bağlı 2 versiyanı araşdırır.

Birincisi, ola bilər ki, bu, zarafatdır. İkinci variant kimi, ümidini itirmiş ananın hansısa səbəblərdən uşaqlardan qurtulmağa qərar verməsi halı istisna edilmir. “EBay” administrasiyası hüquq-mühafizə orqanlarına elanı verən kompyuterin İP ünvanını verib.




18/11/11    Çap et