Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” auditoriyası qocalır


Dünyanın ən məşhur veb-resurslarının üçlüyünə daxil olan “Facebook” sosial şəbəkəsi internetin gənc istifadəçiləri arasında məşhurluğu sürətlə itirməyə başlayıb. Bu barədə “Forbes” statistik məlumatlarına əsasən, “Facebook”un artan auditoriyasının ən hiss olunan azalması ABŞ, Kanada və Böyük Britaniyada qeydə alınıb.
Resursa marağın itməsinin əsas səbəbləri arasında sosial şəbəkənin böyük iştirakçılarının sayının artımı, həmçinin yeniyetmələrin valideynlərini öz ünsiyyət dairəsinə cəlb etmək və onların nəzarəti altında olmaq istəməməsidir.
Ekspertlər qeyd ediblər ki, cari ildə Birləşmiş Ştatlarda “Facebook” sosial şəbəkəsi istifadəçisinin orta yaşı qırxa yaxınlaşıb. Bütün bunlar “Facebook” auditoriyasının "qocalmasına" dəlalət edir.
Cari ilin may ayının sonuna görə resursun aktiv istifadəçilərinin sayı 700 milyon təşkil edib.




21/06/11    Çap et