Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni boşluq 1 milyarddan çox smartfona müdaxiləyə imkan verir


Təhlükəsizlik üzrə mütəxəssislər tərəfindən SİM kartlarda aşkar edilmiş yeni boşluq 1 milyarddan çox smartfona müdaxilə etməyə imkan verir. “AdaptiveMobile Security” şirkətinin mütəxəssisləri bildiriblər ki, sözügedən boşluğun köməyi ilə istifadəçilərin olduğu yerə, zənglərə və mesajlara müdaxilə mümkündür.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, mütəxəssislərin fikrincə, bir neçə dövlətlə əməkdaşlıq edən və son 2 ildə istifadəçiləri izləyən "konkret özəl şirkət" sözügedən boşluqdan istifadə edib.
 
Aşkar edilmiş boşluq konkret qurğu ilə deyil, SİM karta inteqrasiya edilmiş texnologiya ilə bağlı olduğuna görə SİM kartdan istifadə edən hər bir smartfon (brend və ya modeldən asılı olmayaraq) təhlükə altındadır.
 
Emil Hüseynov





16/09/19    Çap et