Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Azərbaycan məktəbliləri “TEKNOFEST” Festivalında iştirak edir


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və İnnovasiyalar Agentliyinin dəstəyi, AREA - Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının  təşkilatçılığı ilə 2019-cu ildə keçirilmiş "Mən Pilotam" tədris layihəsi və Dron Olimpiadasında qalib gəlmiş məktəblilərdən ibarət milli komanda ölkəmizi Türkiyədə keçirilən beynəlxalq "TEKNOFEST" Texnologiya Festivalında təmsil edir.
 
Festivalda Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin şagirdləri Ömər Hacı-həsənli və Saleh Quluzadə, Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın şagirdi Eldar Mustafayev və AREA-nın müəllimi Tural Süleymanov iştirak edirlər.
 
Qeyd edək ki, 5 gün davam edəcək "TEKNOFEST" Festivalı Atatürk Hava Limanında keçirilir. Ümumilikdə festivalı 1 milyon insanın ziyarət edəcəyi proqnozlaşdırılır.







18/09/19    Çap et