Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” universal artırılmış reallıq eynəyi hazırlayır


“Facebook”un mütəxəssisləri “Orion” kod adına malik yeni cihaz üzərində işləyirlər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, şirkətin artırılmış reallıq eynəyi “Luxottica Group” adlı böyük eynək istehsalçısı ilə əməkdaşlıq çərçivəsində birgə hazırlanır.
 
Qurğu üzərində “Facebook”un “Reality Labs” laboratoriyasının mühəndisləri işləyirlər. Sözügedən qurğunun texniki xüsusiyyətləri haqqında hələ ki məlumat azdır, ancaq layihəyə Mark Zukerberq özü rəhbərlik edir.
 
“Facebook” smartfonları tam əvəz edə biləcək eynək hazırlamaq niyyətindədir. İstifadəçi zənglər etmək, internet və sosial şəbəkələrdən istifadə etmək imkanına malik olacaq. Bütün bu deyilənlər artırılmış reallıq funksiyasına malik virtual köməkçinin iştirakı ilə mümkün olacaq. Səs və ya jestlərin köməyi ilə virtual köməkçini idarə etmək olacaq.
 
Sosial şəbəkə 2023-cü ilədək yeni cihazın ilk sınaqlarını keçirməyi, 2025-ci ildə isə qurğunu satışa çıxarmağı planlaşdırır.
 
Emil Hüseynov




19/09/19    Çap et