Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2020-ci ildə “5G”-smartfonların qlobal tədarükü 260 milyona yaxınlaşacaq


Tayvanın “Market Intelligence & Consulting Institute” şirkətinin analitiklərinin proqnozuna görə, 2020-ci ildə beşinci nəsil şəbəkələrini dəstəkləyən smartfonların tədarük həcmi 260 milyona yaxınlaşacaq. 2019-cu ildə “5G”-aparatların tədarük həcmi 11,4 milyon səviyyəsində gözlənilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Dailycomm.ru” saytına istinadən yazır ki, mütəxəssislərin fikrincə, qabaqcıl standartı dəstəkləyən qurğuların qiymətinin tədricən azalması, həmçinin yaxın vaxtlarda “5G”-ni dəstəkləyən yeni “iPhone” smartfonlarının çıxarılması belə aparatların sürətlə populyarlaşmasını təmin edir.
 
Bundan başqa, yaxın illərdə “5G” kommersiya xidmətləri göstərən rabitə operatorlarının sayının üç dəfə artması gözlənilir.
 
Analitiklərin fikrincə, bu il dünyada mobil telefonların nüfuzetmə səviyyəsi 105% təşkil edəcək. Mobil rabitə xidmətlərindən istifadə edən abunəçilərin sayı 8 milyard səviyyəsində proqnozlaşdırılır.
 
Emil Hüseynov






20/09/19    Çap et