Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Üçüncü nəsil “iPad”


“Samsung”, “LG Display” və “Sharp” şirkətləri üçüncü nəsil “Apple iPad” planşet kompyuterləri üçün ekran tədarüklərinə başlayıblar. Bu barədə “DigiTimes” nəşrinin yaydığı məlumatda qeyd olunub.

Oktyabr ayında təxminən 1 milyon ekran tədarük edildiyi bildirilib. Noyabr ayında isə tədarüklərün 2 milyona çatacağı ehtimal edilir. Yaxın vaxtlarda, həmçinin sensor modulların istehsalına başlanacaq. Yeni "Aypad"ın istehsalına yanvar ayında start veriləcək.

İlkin məlumatlara əsasən, qurğu 2048×1536 piksel kəskinlikli ekran və 550kd/m² parlaqlığa malik olacaq. Müqayisə üçün qeyd edək ki, “iPad 2” planşetində ekranın kəskinliyi - 1024×768 nöqtə təşkil edir. Panelin ölçüsü, əvvəlki, yəni 9,7 düym kimi qalacaq.

Qurğunun “Qualcomm Gobi 4000” çipi ilə təchiz ediləcəyi bildirilir. Bu isə “LTE” dördüncü nəsil mobil şəbəkələrinin dəstəklənməsini təmin edəcək. Üçüncü nəsil “iPad” planşetinin elanı, ehtimal ki, 2012-ci ilin mart ayında olacaq.




19/11/11    Çap et