Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPadOS” sistemi “Apple” planşetlərini kompüterə yaxınlaşdıracaq


"Apple" şirkəti "iPad" planşetləri üçün ilk "iPadOS" əməliyyat sistemini nümayiş etdirib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Vesti www.vesti.ru" resursuna istinadən yazır ki, "iPadOS" istifadəçilərə "Apple" planşetlərini "iPhone" smartfonlarından daha çox kompüterə yaxınlaşdıran imkanlar təqdim edir. Onların sırasında çoxfunksiyalılığın genişləndirilməsi, bir proqramın iki pəncərədə göstərilməsi, yeni şriftlərin dəyişdirilməsi və yüklənilməsi və s. kimi funksiyalar yer alıb.
 
Bundan başqa, "SD" kartlarını və fləş toplayıcılarını dəstəkləməyə başlayan yenilənmiş "Files" proqramı "iPad" planşetlərində faylları daha rahat idarə etməyə imkan verir. Həmçinin mətnin kopyalanması və digər yerə qoyulması funksiyası təkmilləşdirilib.
 
"iPadOS" sistemində "Safari" brauzeri də kompüter versiyasına yaxınlaşdırılıb. Belə ki, brauzer yükləmə meneceri, 30 yeni klaviş birləşməsi dəstəyi, eləcə də mətnin ölçüsünü tənzimləmək və ayrıca sayt üçün quraşdırmaları dəyişdirmək imkanı ilə təchiz edilib.
 
"iPadOS" əməliyyat sistemini "iPad Air 2" və daha əvvəlki modellərə, "iPad Pro", "iPad 5" və daha sonrakı nəsil modellərə, eləcə də "iPad mini 4" və daha əvvəlki planşet modellərinə quraşdırmaq mümkündür.
 
Planşetlər üçün əməliyyat sistemi ilə yanaşı, "Apple" şirkəti smartfonlar üçün nəzərdə tutulan "iOS 13.1" sistemini buraxıb. Sistem yenilənməsinə səhvlərin düzəlişi, avtomatlaşdırılmış "Siri Shortcuts" komandaları və s. daxildir.
 
Nizam Nuriyev







25/09/19    Çap et