Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Serqey Brin "Vikipediya"ya 500 min dollar ianə verib


“Google” korporasiyasının banilərindən biri olan Serqey Brin və onun xanımı “Wikipedia” və onunla əlaqəli portallar layihəsini dəstəkləyən “Wikimedia” fonduna 500 min dollar ianə veriblər. Bu barədə “Agence France-Presse” xəbər yayıb.

Bu həftədən etibarən “Wikimedia” fondu açıq ensiklopediyanın inkişafına pul toplamaq üçün illik kompaniya keçirir. Hal-hazırda bütün “Wikipedia” ziyarətçiləri açıq ensiklopediyasının banisi Cimmi Uelsin müraciəti ilə qarşılaşırlar.

O, müraciətdə istifadəçiləri layihəyə kömək etməyə səsləyir. 2010-cu ildə “Google” şirkəti “Wikimedia” fonduna 2 milyon dollar ianə verib. Serqey Brin "Vikipediya"nı internetin ən böyük nailiyyətlərindən biri adlandırıb. “Wikimedia” qeyri-kommersiya təşkilatıdır.

Fond tərəfindən dəstəklənən layihələrin böyük əksəriyyəti reklamdan azaddır və gəlir əldə edilməsi üçün nəzərdə tutulmayıb. Məzmunun yaradılması və redaktəsini demək olar ki, istifadəçilər özləri edirlər, fondun əməkdaşları isə layihələrin (serverlər, proqram təminatı və digər) texniki təminatına nəzarət edirlər.




19/11/11    Çap et