Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Təxminən 1 milyard qurğu bu sistemin idarəetməsi altında işləyir


“Windows 10” sisteminin idarəetməsi altında işləyən cihazların sayı 900 milyonu ötüb. Bu haqda “Twitter”də “Microsoft”un vitse-prezidenti Yusif Mehdi məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “digger.ru” saytına istinadən yazır ki, onun sözlərinə görə, son 12 ayda “Microsoft”un əməliyyat sistemi ilə işləyən cihazların sayı xeyli artıb. Cari ilin mayında bu göstərici 825 milyon təşkil edib.
 
Jurnalist Pol Tyorot hesab edir ki, 2020-ci ilin əvvəlində “Windows 10” sistemi ilə işləyən cihazların sayı 1 milyarda yaxınlaşacaq. Onun qiymətləndirməsinə görə, hər ay dünyada “Windows 10” sisteminin təxminən 16,7 milyon surəti aktivləşir.
 
Emil Hüseynov






26/09/19    Çap et