Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Başsız robot pişik stresslə mübarizədə kömək edəcək (VİDEO)


Yaponiyanın "Yukai Engineering" şirkəti başsız robot pişik təqdim edib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Belta" resursuna istinadən yazır ki, Berlində keçirilən "IFA-2019" sərgisində nümayiş olunan yeni qurğunun əsas vəzifəsi insana stresslə mübarizə aparmaqda kömək etməkdir.
 
Məlumata görə, başsız robot pişik canlı heyvanların etdiyi kimi quyruğunu yelləyir. "Qoobo" adlı texnologiyanın effektivliyi aparılan bir neçə psixoloji test zamanı sübuta yetirilib.
 
Robot pişik tumarlanan zaman tərpənməyə başlayır və quyruğunu bulayır. Qurğunun effektivliyi bir neçə könüllünün üzərində aparılan sınaqlarda qiymətləndirilib. Şirkət mütəxəssisləri könüllülərin stress səviyyəsini qiymətləndirdikdən sonra onlara robot pişiyi tumarlamağa icazə veriblər. Bu proses başa çatdıqdan sonra sorğu keçirilib.
 
Tədqiqatdan məlum olub ki, qurğu insana apatiya və yorğunluq səviyyəsini, eləcə də gərginliyi azaltmağa imkan verib və depressiya ilə mübarizə aparmağa kömək edib. İndiyədək satılan "Qoobo" qurğularının sayı 10 min təşkil edir

Nizam Nuriyev
 








02/10/19    Çap et