Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows 10X” əməliyyat sistemi nümayiş olunub


“Microsoft” korporasiyası ikiekranlı və elastik qurğulara quraşdırılma üçün nəzərdə tutulan “Windows 10X” əməliyyat sistemini təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA www.4pda.ru” resursuna istinadən yazır ki, təqdimat zamanı korporasiya nümayəndəsi sistemin işləməsini iki ekranla təchiz edilən qurğu nümunəsi üzərində nümayiş etdirib.
 
“Windows” əməliyyat sisteminin “X” versiyasının fərdi kompüter versiyasından əsas vizual fərqi “Start” menyusundadır. Belə ki, indi burada əlavələri və son istifadə edilən sənədlərin siyahısını bərkitmək üçün imkan yaradılıb.
 
Sensor ekranlar üçün optimallaşdırılan “Windows 10X” əməliyyat sisteminin idarəetməsi istifadəçiyə istənilən displey və ya klaviatura seçməyə şərait yaradır.
 
Nizam Nuriyev





03/10/19    Çap et