Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“PlayStation 5” konsolu nə vaxt satışa çıxarılacaq?


“Sony” şirkəti yeni nəsil oyun konsolunun 2020-ci ilin axırında “PlayStation 5” adı ilə kommersiya bazarına çıxarılacağını rəsmən açıqlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, qurğunun qiyməti barədə məlumat verilmir.

 

Məlumata görə, “PlayStation 5” üçün toxunuşla hiss edilən əks-əlaqəyə malik yeni kontroller layihələndirilir. Manipulyator müxtəlif toxunulmaqla duyulan təsirlərin generasiyası sayəsində oyunlara dalma təsirini artırmağa kömək edəcək.

 

Bundan başqa, kontroller adaptiv triqqerlərlə (yaddaşa malik rəqəmli qurğu) təchiz ediləcək. Oyun tərtibatçıları triqqerlərin müqavimətini proqramlaşdıra biləcəklər ki, bu da əks-əlaqə baxımından əlavə imkanlar təmin edəcək.

 

Hazırda “PlayStation 5” qurğusunun “Zen 2” və “Navi” mikroarxitekturası əsasında 7 nanometrlik platforma, şüaların istiqamətini göstərmə dəstəyi, sürətli bərkcisimli toplayıcının mövcudluğu və “PlayStation 4” üçün oyunlarla əks-uyğunluq kimi bir sıra texniki xüsusiyyətləri məlumdur.

 

Yaxın bir il ərzində yeni nəsil oyun konsolunun əlavə funksiyalarla təchiz ediləcəyi gözlənilir.

 

Nizam Nuriyev






09/10/19    Çap et