Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google Chrome” brauzerində yeni faydalı funksiya əlçatan olub


Bu yaxınlarda “Chrome” brauzerinin masaüstü versiyasından mobil qurğulara link göndərmə imkanı əlçatan olub. İndi “Google” bu funksiyanın imkanlarını genişləndirməyə başlayıb. Məsələn, tapılmış telefon nömrələrinə zəng etmək daha sadə olacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Chrome” brauzerinin son beta-versiyasında (v78) fərdi kompüterdə açılmış saytdan telefon nömrəsini birbaşa mobil qurğuya ötürmək imkanı əlçatan olub. Brauzerin ünvan sətrində telefona nömrəsinə sıxdıqda smartfondan zəng etmək təklifindən ibarət pəncərə açılır.

 

Həmçinin telefon nömrəsini seçərək “maus”un sağ düyməsinə sıxmaq, daha sonra açılan kontekst menyudan zəng etmək istədiyiniz qurğunu seçmək lazımdır.

 

Emil Hüseynov






10/10/19    Çap et