Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan məktəblərində yeni kompüter proqramları tətbiq olunacaq


Azərbaycandakı müəllimlər və şagirdlər «Microsoft» korporasiyasının təhsil üçün hazırladığı proqram məhsullarından yararlana biləcək.

İKT İnformasiya Mərkəzindən verilən məlumata görə, Azərbaycanın təhsil sistemində riyaziyyat («MS Mathematics»), kimya («MS Chemistry») və astronomiya («MS Worldwide Telescope») fənlərinin tədrisi zamanı istifadə üçün maraqlı və effektiv proqram əlavələri istifadə edilə bilər.

«Microsoft Office» paketinə daxil olan «Word» proqramında istifadə üçün nəzərdə tutulmuş həllər tədris prosesini daha maraqlı edir və biliklərin daha effektiv aşılanmasına real kömək edir.

Bu proqramların Azərbaycanın təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012-ci illər) çərçivəsində ölkənin orta təhsil sistemində geniş tətbiqi nəzərdə tutulub.

Qeyd edək ki, hər üç proqram tamamilə pulsuz «Miscorosft Word»a inteqrasiya oluna bilər. Proqramlar «Microsoft»un rəsmi saytından yüklənə bilər.




21/11/11    Çap et