Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni nəsil “Mobil DRAM” yaddaş modulu


“Elpida” şirkəti yeni nəsil 4 qiqabit tutumlu “Mobile DRAM” yaddaş modulları hazırlayıb. “Wide IO Mobile DRAM” məmulatları 30 nanometr texnologiya üzrə istehsal edilir. Onların “LPDDR2” modulları ilə müqayisədə 4 dəfə daha yüksək ötürmə sürəti təmin edəcəyi iddia edilir. Yeni yaddaş modullarının planşet kompyuter, smartfon və digər portativ qurğularda tətbiq ediləcəyi güman edilir. Kütləvi istehsala 2012-ci ildə başlanacaq.




21/11/11    Çap et