Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Robot-kuryer “Agility Robotics” şirkətində işləməyə başlayıb


“Agility Robotics” şirkəti “Digit” adlı robotun ikinci modelini təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, mühəndislər sözügedən robotun işini təkmilləşdiriblər, indi o, avtonom şəkildə hərəkət edə və kiçik yükləri daşıya bilir. Robot məkanda müstəqil hərəkət etməyə imkan verən datçik və lidarla təchiz edilib.
 
Mühəndislər, həmçinin robotu xüsusi “əl”lərlə təchiz ediblər ki, bu da ona kiçik yükləri daşımağa imkan verir.
 
 
Emil Hüseynov







17/10/19    Çap et