Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə kibertəhlükəsizliyə dair təlim keçirilib


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Banklar Assosiasiyasının dəstəyi, "İKT LAB" Tətbiq və Tədris Mərkəzinin və "IS3S" (Information Security Solutions) şirkətinin birgə təşkilatçılığı ilə dövlət qurumlarının, bankların və özəl təşkilatların rəhbər şəxsləri və menecerləri üçün İT təhlükəsizliyin əsasları sahəsi üzrə "Kibertəhlükəsizlik: kritik risklər" adlı təlim keçirilib. Təlimin əsas məqsədi qurumlarda kibertəhlükəsizlik üzrə idarəetmə prosesində iştirak edən şəxslərin biliklərinin artırılmasıdır.

 

Tədbir iştirakçılarına dünyada trend sahələrdən biri olan kibertəhlükəsizlik sahəsinin əhəmiyyəti və bu sahə üzrə mütəxəssislərin hazırlanması ilə bağlı məlumat verilib.

 

Daha sonra "Kibertəhlükəsizliyin əsasları" (Cybersecurity essentials), "İnformasiya təhlükəsizliyi standartları" (Information security standards), "İnformasiya təhlükəsizliyi: texnologiya və həllər" (Information security tech and solutions), "Kibertəhlükəsizlik trendləri" (Cybersecurity trends) mövzuları üzrə iştirakçılara təlim keçirilib.

 

Qeyd edək ki, "İKT LAB" Tətbiq və Tədris Mərkəzinin və "IS3S" şirkətinin birgə təşkilatçılığı ilə informasiya və kibertəhlükəsizlik üzrə mütəmadi əsaslarla təlimlər keçirilir. Mütəxəssislərin hazırlanması məqsədilə növbəti təlim İT təhlükəsizliyin əsasları (CompTİA security ) mövzusunda olacaq.

 

 

 

 

 






21/10/19    Çap et