Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Wing” şirkətinin dronları bağlamaları evlərə çatdırmağa başlayıb


"Alphabet" holdinqinin tərkibinə daxil olan "Wing" şirkəti pilotsuz təyyarələrin köməyi ilə bağlamaları birbaşa evlərə çatdırmağa başlayıb; layihədə, həmçinin "FedEx Express" və "Walgreens" şirkətləri iştirak edirlər. İndi Virciniya ştatında Krisçenberq şəhərinin sakinləri yemək, şirniyyat və dərmanları birbaşa evə sifariş edə biləcəklər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, "Wing" şirkəti yemək və dərmanlardan başqa elektronika cihazlarının evlərə çatdırılmasına çox böyük önəm verir.

 

"Wing" şirkətinin nümayəndələri əmindirlər ki, bağlamaların çatdırılması xidmətinin istifadəyə verilməsindən sonra bir çox şirkətlər dronların köməyi ilə kiçik yüklərin çatdırılması şəbəkəsinin inkişafında maraqlı olacaqlar.

 

Emil Hüseynov






21/10/19    Çap et