Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” ən yaxşı mobil əməliyyat sisteminin adını açıqlayıb


“Microsoft”un top-meneceri bildirib ki, “Android” platforması smartfonlar, həmçinin şirkət tərəfindən təqdim edilmiş “Surface Duo” aparatı üçün ən yaxşı əməliyyat sistemidir. İki ekranla təchiz edilmiş bu qurğu “Google”un əməliyyat sisteminin idarəetməsi altında işləyir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, “Microsoft” əvvəllər qurğularına öz “Windows Mobile” sistemini quraşdırmağa üstünlük verirdi. Ancaq şirkətin bu layihəsi uğursuz olub. Top-menecer bildirib ki, “Microsoft” hələ də sürətlə inkişaf edən smartfon sənayesinin bir hissəsi olmaq istəyir.

 

Xatırladaq ki, “Surface Duo” aparatı “Microsoft”un ilk qatlanan smartfonudur. Smartfon 2 ədəd 5,6 düymlük displey, “Snapdragon 855” prosessoru ilə təchiz edilib.

 

Emil Hüseynov






23/10/19    Çap et