Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Android 4.0 mobil Flash texnologiyasını dəstəkləyən son əməliyyat sistemi olacaq


Flash texnologiyasının Android əməliyyat sisteminin vizit kartlarından biri olmasına baxmayaraq, Android 4.0 Ice Cream Sandwich sisteminin istifadəçiləri onu ən azı 1 ay da gözləməli olacaqlar. Android 4.0 üçün Flash texnologiyası nə Android Market-də, nə də yeni smartfonlarda mövcud olmayacaq.

Google şirkətindən bildiriblər ki, Android 4.0 bir sıra yeni funksiyalara malikdir. Həmin funksiyalar ilə Flash texnologiyası arasında problem yaranır və şirkətə öz plaqinini yeni əməliyyat sisteminə uyğunlaşdırmaq (adaptasiya etmək) üçün vaxt lazımdır.

Hal-hazırda Adobe Flash Player yalnız Android 2.2-3.2 versiyalarında işləyir. Adobe şirkətinin məlumatlarına əsasən, Android 4.0 üçün Flash cari ilin dekabr ayının sonuna kimi çıxmalıdır.

Həmçinin Android 4.0 prinsip etibarilə Flash ilə işləyən bu mobil əməliyyat sisteminin son versiyasıdır. Belə ki Adobe şirkəti Flash texnologiyasının mobil variantının sonrakı inkişafından imtina edib. Bunun əvəzinə, Adobe şirkəti HTML5 texnologiyasından istifadə etmək niyyətindədir.




22/11/11    Çap et