Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Videokartlar üçün ən sürətli yaddaş modulu nümayiş olunub


ABŞ-ın “Rambus” şirkəti rekord buraxılış qabiliyyətinə malik “GDDR6” tipli yaddaş modulu hazırlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, istehsalçı nümayəndələrinin sözlərinə görə, yeni çiplər 18 Qbit/saniyə buraxılış qabiliyyətinə malikdir. Bu, “DDR4” operativ yaddaş standartından 5 dəfə sürətlidir. Müqayisə üçün qeyd edək ki, hazırda standartın ən yüksək həddi 16 Qbit/saniyə təşkil edir. Yeni qurğunun arxitekturasına təkcə xanalı modul deyil, həm də xüsusi kontroller daxildir. Çoxkanallı həllər tərkibində pik məlumat mübadilə sürəti 72 Qbit/saniyəyə çatır.

 

Şirkət nümayəndələri qeyd edir ki, yeni yaddaş tipinə tələbat ilk növbədə peşə fəaliyyətində fərdi kompüterdən maksimal məhsuldarlığın tələb olunduğu dizayner və tərtibatçılar arasında olacaq. Belə modullar neyroşəbəkələrin, avtonom avtomobil idarəetmə sistemlərinin yaradılmasında, eləcə də oyun sənayesində istifadə oluna bilər.

 

Modulların satışa çıxarılma vaxtı və qiyməti hələ ki açıqlanmayıb.

 

Nizam Nuriyev






07/11/19    Çap et