Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp” messencerində məxfilik sazlamaları dəyişdirilib


“WhatsApp” messencerində qruplar üçün məxfilik sazlamaları yenilənib. Bu haqda şirkətin bloqunda məlumat verilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, indi istifadəçilər qruplarda dəvətləri idarə etmək üçün daha böyük imkana malik olacaqlar. Məsələn, yeni iştirakçının razılığı olmadan onu çata əlavə etmək mümkün olmayacaq.

 

Bu funksiyanı aktivləşdirmək üçün istifadəçi messencerin sazlamalarında "Gizlilik/Məxfilik", bundan sonra "Qruplar" bölməsinə keçməlidir. Orada qruplara əlavə etmək üçün bir neçə variantdan birini seçmək mümkündür: bütün istifadəçilər və yaxud yalnız sizin kontaktlarınız.

 

Emil Hüseynov






07/11/19    Çap et