Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” “Windows 7” üçün “Messenger” əlavəsini test edir


“Facebook” “Messenger” əlavəsini hazırlayır. Bu əlavə sosial şəbəkə istifadəçilərinə resursa daxil olmadan bir-birləri ilə əlaqə saxlamağa imkan verəcək. Bundan əvvəl oxşar proqramlar mobil platformalar üçün çıxarılıb, lakin “Messenger” əlavəsinin indiki versiyası “Windows 7” əməliyyat sistemi üçün nəzərdə tutulub.

Əlavə vasitəsi ilə çatda dostlarla mətn mesajları ilə mübadilə etmək, tanışların son hərəkətləri haqqında informasiyaya baxmaq olar. Əlavə qrup yaradılmasını və videozəngləri dəstəkləmir.




23/11/11    Çap et