Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” memlərin hazırlanması üçün mobil tətbiqini sınaqdan keçirir


“Facebook” şirkəti istifadəçilərə ən populyar memlərin müxtəlif variantlarını hazırlamağa imkan verən yeni mobil tətbiqini istifadəyə verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, “Whale” adlandırılmış mobil tətbiq hələ ki yalnız Kanada ərazisində əlçatandır. Yeni mobil proqram istifadəçilərə populyar memlərin öz versiyasını hazırlamağa imkan verir. Bunun üçün proqramda geniş kitabxana və emodzi, yazı və şəkillər əlavə etmək imkanı var.

 

Son nəticəni “Facebook”, “Instagram” və ya “WhatsApp”da dostlarla paylaşmaq mümkündür. Bu mobil tətbiqin hazırlanması ilə “Facebook”un eksperimental bölməsi məşğul olub və sınaqlar Kanadada keçirilir.

 

Emil Hüseynov






21/11/19    Çap et