Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp” messencerində yeni funksiya istifadəyə veriləcək


“WhatsApp” messencerinin tərtibatçıları tərəfindən sınaqdan keçirilən yeni funksiya sayəsində istifadəçilərin mesajları bir müddətdən sonra avtomatik silinəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, məlumata görə, "mesajların silinməsi" seçimi artıq “Android” sistemi üçün yenilənmiş 2.19.348 beta versiyasında əlçatandır.

 

İstifadəçi mesajların silinmə vaxtını özü müəyyənləşdirə bilər. Aşağıdakı variantlar təklif edilir: saat, gün, həftə, ay və il.

 

Emil Hüseynov






26/11/19    Çap et