Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“5G” smartfonlar bazarının 60%-i bu ölkənin istehsalçılarının payına düşəcək


“TrendForce” analitiklərinin proqnozuna görə, 2020-ci ildə “5G” şəbəkələrini dəstəkləyən smartfonların tədarük həcminin təxminən 60%-i Çin istehsalçılarının payına düşəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “IDC” tədqiqat şirkətinin analitiklərinin məlumatına əsasən, 2019-cu ilin noyabrında Çin bazarına tədarük edilmiş “5G” smartfonlarının sayı 500 min təşkil edib. Bu halda ölkədə beşinci nəsil şəbəkələrinin kommersiya istismarına noyabrın 1-də start verilib.

 

“Canalys” şirkətinin tədqiqatçılarının proqnozuna görə, 2019-2023-cü illərdə “5G” dəstəkli telefonların qlobal tədarük həcmi 1,9 milyarda yaxınlaşacaq. Yuxarıda göstərilmiş müddətin sonunda Çin “5G” şəbəkələrini dəstəkləyən qurğuların ən böyük satış bazarı olacaq.

 

Emil Hüseynov






29/11/19    Çap et