Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponlar simsiz əlaqə üçün çip təqdim ediblər


Yaxın illərdə verilənlərin simsiz şəbəkələr üzrə ötürülmə sürəti rekord həddə çata bilər. Belə ki, Yaponiyanın “Rohm” şirkətinin təqdim etdiyi çip verilənlərin simsiz şəbəkə üzrə 1,5 Qbit/san sürətdə ötürülməsini təmin edir.

Bugünkü gün üçün bu, ən yüksək göstəricidir. Lakin istehsalçılar bildirirlər ki, gələcəkdə 30 Qbit/san sürətini təmin edə bilən model təqdim etməyə hazırlaşırlar.

Qeyd edilir ki, təqdim edilmiş “Rohm” çipi Osaks Universitetinin elmi-tədqiqat qrupundan olan mütəxəssislərin iştirakı ilə hazırlanıb. “Rohm” şirkəti yeni çiplərin kütləvi istehsalına yaxın 3-4 ildə başlamaq niyyətindədir.




23/11/11    Çap et