Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2019-cu ildə “selfi” üçün ən yaxşı smartfonlar məlum olub


Smartfonların kamerasını yoxlayan “DxOMark” resursu 2019-cu il üzrə ən yaxşı ön kameraya malik qurğuların siyahısını dərc edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, bu ilin yanvarından “DxOMark” resursunun ekspertləri 25 smartfonun “selfi” kamerasını yoxlayıb.
 
“Samsung Galaxy Note10+ 5G” aparatı birinci olub. Bu aparatın kamerası 99 balla qiymətləndirilib. Mütəxəssislər bildiriblər ki, qurğu əksər işıqlandırma şəraitində yaxşı şəkillər çəkir.
 
Mütəxəssislər “Google Pixel 4” smartfonunu səyahət üçün ən uyğun cihaz adlandırıblar. Sözügedən cihaz, həmçinin video çəkiliş və qrup şəkilləri üçün yaxşıdır.
 
“DxOMark” resursu “Asus ZenFone 6” cihazını portret çəkilişi üçün ən yaxşı cihaz adlandırıb.
 
Emil Hüseynov





30/11/19    Çap et