Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Airbus” şirkəti “Vahana” uçan taksisi üzərində sınaqları başa çatdırıb


“Airbus” konserni elektrik enerjisi ilə işləyən “Vahana” uçan taksisinin uçuş sınaqlarını başa çatdırıb. Son yoxlama mərhələsində aparat təxminən 903 kilometr uçaraq havada 13,4 saat vaxt keçirib. Bu haqda “Aviation Week” yazıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, “Airbus” ilk dəfə “Vahana” uçan taksisini 2018-ci ildə təqdim edib. Aparat konvertoplan sxemi üzrə hazırlanıb, istifadəçi mobil proqram üzərindən onu çağıra, həm şəhər daxilində, həm də şəhərdən kənar bir nöqtədən digərinə gedə bilər. Məsələn, San-Xosedən San-Fransiskoya 18 dəqiqə ərzində uçmaq üçün 77 dollar ödəmək lazımdır.

 

2018-ci ildən etibarən “Airbus” şirkətinin “A3” bölməsi uzunluğu 6,2 metr, eni 5,7 metr və hündürlüyü 2,8 metr olan uçan aparat prototipini sınaqdan keçirir. Gələcəkdə “Vahana” uçan taksisinin bir sərnişin və ya təxminən 100 kq ağırlığında yük daşıya biləcəyi təxmin edilir.

 

Emil Hüseynov






10/12/19    Çap et