Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti “Chrome 79” versiyasının quraşdırılmasını bloklayıb


Proqramçılar istifadəçi məlumatlarının silinməsi və mobil proqramların yenidən qurulması ilə bağlı ciddi səhv aşkarlandığı haqda məlumat verdikdən sonra “Google” şirkəti “Chrome” brauzerinin 79-cu versiyasının quraşdırılması imkanını deaktiv edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, sözügedən səhv “Chrome 78”dən “Chrome 79”a yeniləmə prosesi zamanı yaranır. “Google” öz səhvini etiraf edib və izah edib ki, “LocalStorage” və “WebSQL” qovluqlarındakı məzmunu brauzerin yeni direktoriyasına köçürməyi unudublar, buna görə də istifadəçilər öz məlumatlarına, fayllarına, sazlamalarına, hətta öz hesablarına giriş imkanından məhrum olublar.

 

Bu problem haqqında məlum olan kimi “Google” öz brauzerinin yeniləməsinin quraşdırılmasını dayandırıb və proqramçılar problemin həllinin axtarışı ilə məşğul olublar.

 

Emil Hüseynov






17/12/19    Çap et