Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”da milyonlarla istifadəçinin məlumatı təhlükə qarşısındadır


Sosial şəbəkənin 267 milyondan çox istifadəçisinin fərdi məlumatları internetdə yerləşdirilib. Bu haqda “Comparitech” tədqiqat şirkəti məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, hakerlər forumlardan birində “Facebook”un milyonlarla istifadəçisinin telefon nömrələri, fərdi identifikatorları və başqa məlumatlarını yerləşdiriblər.

 

Mənbənin informasiyasına əsasən, məlumat itkisi Vyetnamdan olan hakerlərin işidir, amma provayderə məlumat bazası haqqında məlumat verildikdən sonra o bloklanıb. “Facebook” istifadəçilərinin fərdi məlumatlarının dəqiq yüklənmə sayı bilinmir.

 

Emil Hüseynov






20/12/19    Çap et