Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Huawei” şirkəti “Google” servislərindən istifadəni davam etdirir


“Huawei Central” saytının jurnalistləri “Huawei” şirkətini “Google” servislərindən istifadəyə qoyulan qadağanı pozmaqda ittiham ediblər.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, nəşr 2019-cu ilin sonunda satışa çıxarılan “Android 10” əməliyyat sistemli “Huawei” smartfonları üçün “EMUI 10” interfeysinin yenilənməsinə diqqət yetirib. Jurnalistlər qeyd edib ki, Çin şirkəti “Google” tərəfindən buraxılan “Android” təhlükəsizlik proqramlarını əksər smartfonlarda, o cümlədən “Mate 30” və “Mate 30 Pro” modellərində yaymaqla məşğuldur, halbuki onlar ABŞ şirkətinin məhsullarından istifadə üçün sertfikatlaşdırılmayıb.
 
Bununla yanaşı, “Huawei” saytında aylıq təhlükəsizlik yenilənməsi ilə təmin olunmalı qurğular siyahısında “Mate 30” və “Mate 30 Pro” modelləri mövcud deyil. Lakin buna baxmayaraq onlar yenilənmə ilə təmin edilirlər. Bir müddət əvvəl “Google” bəyan edib ki, ABŞ istehsalçısı “Huawei” qurğularında “Google” şirkətinin servislərindən istifadəyə qoyulan qadağa qüvvəyə minməmişdən əvvəl – 2019-cu ilin mayınadək işıq üzü görən smartfonlar üçün təhlükəsizlik yenilənmələrinin buraxılışını davam etdirəcək.  
 
“Huawei” saytın şübhələrinə bəyanatla cavab verərək şirkətin təhlükəsizlik proqramlarını buraxmaqla özünəməxsus bütün smartfonları dəstəkləməkdə davam etdiyini qeyd edib.
 
Xatırladaq ki, “Huawei” şirkəti öz smartfonları üçün “Google” servislərindən istifadə üzrə lisenziyadan 2019-cu ilin mayında məhrum edilib. Şirkət casusluqda şübhəli bilinərək ABŞ-ın sanksiyalar siyahısına daxil edilib. Bunun cavabında “Huawei” şirkəti “HarmonyOS” əməliyyat sistemini buraxsa da, “Android”dən əsas əməliyyat sistemi qismində istifadə etməkdə davam edir.
 
Nizam Nuriyev





10/01/20    Çap et