Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil qurğular üçün yeni nəsil yaddaş mikrosxemləri təqdim edilib


Yaponiyanın “Elpida Memory” şirkəti “DDR3 Mobile RAM” (LPDDR3) yaddaş mikrosxemi hazırlayıb. Mikrosxem 30 nanometr texnologiya üzrə hazırlanıb. “Elpida” şirkətinin iddialarına əsasən, yeni məmulatlar “DDR2 Mobile RAM” (LPDDR2) ilə müqayisədə məlumatların ötürülməsinin 2 dəfə daha yüksək sürətini təmin edir. “LPDDR3” yaddaş mikrosxemində verilənlərin ötürülmə sürəti 6,4 Qb/s təşkil edir.

 

Təchizetmə gərginliyi 1,2 Voltdur. Təqdim edilmiş məmulatlar mobil qurğu, xüsusilə planşet kompyuter və smartfonlarda istifadə üçün nəzərdə tutulub. Kütləvi satışlar 2012-ci ilin ikinci yarısından sonra başlanacaq.






25/11/11    Çap et