Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp” messencerinin yüklənmə sayı 5 milyardı ötüb


“Google Play” internet mağazasında “WhatsApp” messencerinin yüklənmə sayı 5 milyardı ötüb.

 

Bu, ilk olaraq “Android Police” nəşrinin diqqətini çəkib. Məlumata görə, bundan əvvəl yalnız “Facebook” sosial şəbəkəsinin kliyenti bu uğura imza atmışdı.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, bu messencerin bir çox ölkələrdə ən vacib ünsiyyət vasitəsi olduğunu nəzərə alsaq, 5 milyard dəfə yüklənmənin real olduğu mümkündür.

 

Son məlumatlara görə, “WhatsApp” proqramının aylıq auditoriyası 1,5 milyardı ötür.

 

Emil Hüseynov






21/01/20    Çap et