Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)


Biznes istifadəçilərə istiqamətlənmiş “Office 365” “bulud” xidmətinin çıxış  tarixi məlum olub, - CNET bildirib. “Microsoft” veb-proqramların beta-testdən keçirilməsinə keçən il başlayıb. “Office 365” xidmətindən istifadə lazımi proqram dəstindən asılı olaraq 6-27 dollar ölçüsündə aylıq ödəmə tələb edir.
“Office 365”-in ən tam versiyası “Office”, “Exchange”, “SharePoint”, “Lync” proqramlarını, elektron və səsli poçtu, daxili sosial şəbəkəni, səsli və video konfransları və digərlərini daxil edir.
Xidmət internetə çıxışı olan istənilən qurğudan və istənilən yerdən lazımlı proqramlara giriş təklif edir.







22/06/11    Çap et