Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows 10” sistemi üçün yeniləmə "göy ekran" probleminə səbəb olur


“Windows 10” əməliyyat sistemi üçün “KB4532695” yeniləməsi "göy ekran" probleminə səbəb olur ki, bu da kritik səhv olduğuna işarədir. Bu haqda “Windows Latest” portalı yazıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, məlumata görə, sözügedən yeniləmə məhz fayl axtarış sisteminin işindəki səhvləri aradan qaldırmaq üçün çıxarılıb, ancaq əlavə yeni problemə səbəb olub.

 

Bundan başqa “KB4532695” yeniləməsi səs drayverləri ilə tam uyğun gəlmir və nəticədə səslənmədə problemlər olur.

 

Emil Hüseynov






05/02/20    Çap et