Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ştutqart Aeroportunda ekzoskeletlər yükdaşıyanlara kömək edəcək (VİDEO)


Almaniyanın Ştutqart Aeroportunda xüsusi ekzoskeletlər yükdaşıyanların istifadəsinə verilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, "Cray X" adlı ekzoskeletlərin hazırlanması ilə Almaniyanın "German Bionics" şirkəti məşğul olub. Əl-ayaq dəstəyi və əzələlərin hərəkətinin güclənməsi sayəsində belə qurğunu geyinən insanlar eyni vaxtda daha çox yük daşıya biləcəklər. Bu, eyni zamanda kürəkdəki ağırlığı əhəmiyyətli dərəcədə azaldacaq.

 

Məlumata görə, əksər aviaşirkətlərdə bir baqajın maksimal çəkisi üçün tətbiq edilən 23 kiloqramlıq məhdudiyyət sağlam insanın daha ağırını sağlamlığa zərər vurmadan qaldıra bilməməsi səbəbindən mövcuddur. Şirkət nümayəndələri qeyd edib ki, ekzoskeletlərin istifadəyə verilməsi baqaj normasına təsir göstərməyəcək, onların tətbiqi isə işəgötürənin əmək məhsuldarlığını artırmaq və belə gündəlik iş üçün lazım olan işçi heyətinin sayını azaltmaq istəyi ilə əlaqədardır.

 

Nizam Nuriyev

 

 






24/02/20    Çap et