Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“SpaceX” şirkətinə Marsa uçacaq kosmik gəminin hazırlanması üçün obyektin inşasına icazə verilib


“SpaceX” özəl aerokosmik şirkətinə “Starship” planetlərarası kosmik gəmisinin yaradılması üzrə layihənin həyata keçirilməsi üçün Los-Ancelesin liman ərazisində yerləşən azad torpaq sahəsində tədqiqat və istehsal kompleksinin inşasına icazə verilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, Los-Anceles Şəhər Şurası obyektin tikintisinə yekdilliklə səs verib.

 

Bildirilir ki, obyektdə fəaliyyət tədqiqat, layihələndirmə və kosmik gəmilər üçün komponentlərin hazırlanması ilə məhdudlaşacaq. Yaradılan kosmik aparatlar liman kompleksindən barj və gəmi vasitəsilə kosmodroma göndəriləcək.

 

Hakimiyyətin qərarı “SpaceX” şirkətinə Terminal adasında tədqiqat və istehsal kompleksinin tikintisi üçün 1,7 milyon dollar məbləğində illik icarə haqqı ilə 1,5 akr (5 hektar) torpağı icarəyə götürməyə imkan verəcək. Qərarda, həmçinin icarəyə götürülən sahənin 19 akradək (7,7 hektar) genişləndirilməsi nəzərdə tutulur.

 

Nizam Nuriyev






27/02/20    Çap et