Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hindistanda kriptovalyutaya qoyulmuş qadağa ləğv edilib


Hindistan Ali Məhkəməsi Ehtiyat Bankı tərəfindən kriptovalyuta ilə ticarətə qoyulmuş qadağanı ləğv edib. Ehtiyat bankı 2018-ci ilin aprelində sözügedən qadağanı tətbiq etmişdi. Bu, istənilən maliyyə institutuna virtual valyutalarla bağlı xidmətlərin göstərilməsini qadağan edirdi.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, Ali Məhkəmə ölkənin bir neçə kriptovalyuta birjası tərəfindən qaldırılmış kollektiv iddiaya cavab olaraq bu qərarı qəbul edib. İndi ÜDM üzrə dünyanın üçüncü iqtisadiyyatı kriptovalyutadan qanuni maliyyə aləti kimi istifadə edə bilər. Bu halda yerli nəşrlər yazır ki, Hindistan hökumətinin bir hissəsi indiyədək kriptovalyutaya qarşıdır.

 

Emil Hüseynov






05/03/20    Çap et