Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Xiaomi” daxili ventilyatora malik tavan lampası təqdim edib


Çinin "Xiaomi" elektronika istehsalçısına məxsus "Youpin" pul toplama platformasında yeni qeyri-adi cihaz yerləşdirilib. "Huizuo Intelligent Fan Light" – bu, ventilyatora malik və "ağıllı" ev ekosisteminə uyğun uzaqdan idarəetmə funksiyasına malik tavan işıq diodu lampasıdır.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, şirkətin məlumatına görə, ventilyatorun maksimal sürəti dəqiqədə 1300 dövrə təşkil edir. Qurğunun özəlliyi mürəkkəb montaj tələb etməyən düşünülmüş konstruksiyadır.

 

Yeniliyin tənzimlənməsində 50 vattlıq lampa və 28 vattlıq ventilyator üçün təxminən 100 müxtəlif iş rejimi nəzərdə tutulub. "Huizuo Intelligent Fan Light" qurğusunda işığın temperaturunu 3000-6500 Kelvin dərəcəyədək tənzimləmək imkanı var.

 

Emil Hüseynov






05/03/20    Çap et