Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter” və Yaponiyanın sosial şəbəkəsi “Facebook”a qarşı əlbir olublar


“Twitter” mikrobloqlar xidməti Yaponiyanın “Mixi” sosial şəbəkəsi ilə əməkdaşlıq etməyə başlayıb. Bu barədə Yaponiya xidmətinin saytındakı press-relizdə qeyd edilib.

 

Razılaşma çərçivəsində “Twitter” yazılarının və “Mixi” şəbəkəsində mövcud olan mikrobloqlar xidmətinin birləşmə imkanı olacaq.

 

“Agence France-Presse” bildirib ki, şirkətlər gələcəkdə təbii fəlakətlər zamanı birgə əməkdaşlıq etməyi, həmçinin reklam biznesi və digər məsələlərlə məşğul olmağı planlaşdırırlar.

 

Agentlik hesab edir ki, şirkətlər Yaponiya ərazisində “Facebook” şəbəkəsinə qarşı rəqabət mübarizəsində öz mövqelərini gücləndirməyi nəzərdə tutublar.

 

Qeyd edək ki, 2011-ci ilə qədər “Mixi” Yaponiyada sosial şəbəkələr arasında lider mövqe tutub, lakin son zamanlar “Facebook” ziyarət sayına görə Yaponiya xidmətini ötüb. Yaponiya “Twitter” üçün ABŞ-dan sonra ikinci ən böyük bazardır,- “AFP” qeyd edib.

 

“Nielsen” şirkətinin məlumatına görə, “Twitter” xidmətinə oktyabr ayında 14,5 milyon yapon istifadəçisi daxil olub. “Mixi” xidməti 2004-cü ildə istifadəyə verilib.






01/12/11    Çap et