Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fransanın İT nəhəngi elektron poçtun tətbiqindən tamamilə imtina edəcək


İT xidmətlər bazarında dünyanın ən böyük şirkətlərindən biri olan Fransanın “Atos” şirkəti yaxın ilyarım ərzində əməkdaşlarına elektron poçtdan istifadəni qadağan etməyi planlaşdırır.

 

“Atos” şirkətinin icraçı direktoru Tyerri Bretonanın fikrincə, əməkdaşlar hər gün elektron məktubların təhlilinə çox vaxt sərf edirlər, bu halda isə məktubların yalnız 10%-i faydalı məlumatlara malikdir.

 

Şirkət direktoru əməkdaşlara alternativ kimi ani mesaj xidmətlərindən və korporativ çatlardan istifadə etməyi təklif edir. Tyerri Bretonanın sözlərinə görə, özü son 3 il ərzində “email”-dən istifadə etmir.






02/12/11    Çap et