Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“YouTube” videohostinqinin dizaynı dəyişib


“Google” şirkəti ona məxsus olan “YouTube” videohostinqində bir sıra yeniliklər edib. Resursun dizaynı dəyişdirilib. “Google” şirkəti qeyd edib ki, videohostinqin funksionallığı dəyişməyib, lakin indi istifadəçilər məzmun yenilənmələrini daha rahat izləyə biləcəklər.

 

Tərtibatçılar kanal və abunə sistemi üzrə axtarış sistemini sadələşdiriblər. “YouTube” hesabın “Google+” və “Facebook” sosial şəbəkələri ilə inteqrasiyası mümkündür. Bundan əlavə, kanalların özlərinin interfeysi yenilənib.

 

Video axtarışı daha sadə və aydın olub; yeni şablonlar əlavə edilib. “YouTube” ən məşhur onlayn videoservis olaraq qalır: videomateriallara 1 gün ərzində baxış sayı 3 milyardı ötüb.

 

 






03/12/11    Çap et