Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Telegram”da yeni funksiya istifadəyə veriləcək


“Telegram” 2020-ci ildə messencer istifadəçilərinə qrup şəklində videozənglər funksiyasını təqdim etməyi planlaşdırır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, “Telegram” şirkətinin məlumatında deyilir: “Hazırkı qlobal izolyasiya rejimi video rejimində ünsiyyət üçün etibarlı vasitəyə zəruriliyi nümayiş etdirdi. 2020-ci ildə videozənglər 2013-cü ildəki yazışmalara bənzəyir. Etibarlı, rahat olan, lakin bu iki keyfiyyəti özündə birləşdirməyən mobil əlavələr mövcuddur. Biz bunu aradan qaldırmaq istəyirik və diqqəti 2020-ci ildə təhlükəsiz qrup şəklində videozənglər funksiyasını təqdim etməyə yönəldəcəyik”.

 

Messencerdə yeni funksiyanın nə vaxt tətbiq ediləcəyi barədə məlumat verilmir.

 

Qeyd edək ki, “Telegram” messenceri 2013-cü ildə “VKontakte” təsisçisi Pavel Durov tərəfindən yaradılıb. “Telegram” 2018-ci ildən Rusiya məhkəməsinin qərarı ilə ölkə ərazisində bloklanıb. Buna səbəb kimi messencer rəhbərliyinin istifadəçi yazışmalarının şifrləmə açarlarını Rusiya Federal Təhlükəsizlik Xidmətinə təqdim etməkdən imtina etməsi göstərilir.

 

Nizam Nuriyev






27/04/20    Çap et