Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

II rüb “Adobe” üçün gözlənildiyindən daha yaxşı olub


Qrafik proqram təminatının ən böyük dünya istehsalçısı “Adobe Systems” bu gün şirkətin ikinci rübdəki işinin nəticələri haqqında məlumat verib. Nəticə analitiklərin proqnozlarından yuxarı olub.
Yaponiyada baş verən sunami və zəlzələ şirkətin gözlənilən 50 milyon əvəzinə 10 milyon dollar qazanmasına səbəb olub. Şirkətin maliyyə direktoru Mark Harrett bildirib ki, Avropada, xüsusilə Skandinaviya ölkələri və Böyük Britaniya bazarlarında satışların bərpasının dinamikası qaneedici deyil.
Keçən rüb şirkət özünün “Creative Suite” proqram təminatı üçün yenilənmə, həmçinin multimedia və mobil proqramların yaradılması üçün proqramların bəzi yeni versiyalarını istifadəyə verib.
Rüblük hesabatın nəşrindən sonra şirkət səhmləri 3,4% artıb. 1 il ərzində “Adobe” şirkətinin təmiz gəliri keçən ilin analoji dövrü ilə müqayisədə 54%, 229,4 milyon dollara qədər artıb.




22/06/11    Çap et